Özgə meydanda öz evindəki kimi (VİDEO)

Özgə meydanda öz evindəki kimi (VİDEO)
22:36 25 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

İlham Əliyev Avropaya getdi. Bu səfər bir sıra cəhətlərinə görə xüsusi maraq doğururdu. Bu son zamanlar Azərbaycanın məruz qaldığı Avropa basqılarından sonra ilk test-səfər idi. Yəni bizim imkanımız olacaqdı ki, müəyyən edək: Avropa Azərbaycana təzyiqlərində nə qədər ciddidir və ya bu söz təzyiqləri işdə də öz əksini tapacaqmı? Azərbaycana qulaqburması gözləyənlər məmnun, yoxsa mağmun olacaqlar…

Axı Prezident özgə meydançasında çıxış edəcəkdi və adətən ev sahiblərinə doğma divarlar kömək edir… Elə ilk baxışda gördük ki, yox, balam, Prezidenti isti qarşıladılar, deməli göz və söz fərqli anlayışlardı… Bəzi ağzı göyçəklərin gözləmələrinə görə Azərbaycan Avropanın soyuq münasibətinə elə Almaniyada məruz qalacaqdı… Azərbaycanı 100 faiz təcrid edəcəklər deyənlərin fantaziyaların hüdudu az qala sanksiyalara qədər gedib çıxırdı. Amma dərhal da hər şey aydınlaşdı. Bəlli oldu ki, Azərbaycan ondan ötrü vacib tərəfdaş olan bir ölkəyə gedib. Və Azərbaycan heç də təcrid olunmayıb. Həmişə olduğu kimi yenə də dünyanı ayrı-ayrı dövlətlərə hüsn rəğbət yox, maraqlar idarə edir. Bu dəfə də istisna deyil. Azərbaycan sevgili deyil, maraqlıdır…

Uydurulmuş yarlıqlar isə sadəcə təzyiq vasitəsidir. Məsələn, 100 il bundan əvvəl bu təzyiq vasitəsi milli azadlıq hərəkatı idisə indi demokratiya və insan hüquqları adı altında tətbiq edilir. Yəqin ki, bunu bizim hər birimiz kimi və bizdən qat-qat daha yaxşı şəkildə İlham Əliyev də bilirdi. Bilirdi ki, insan haqları və demokratiya sadəcə Azəbaycana qarşı istifadə olunacaq alətdir. Yəni bu həmin Qərbdir ki, Səudiyyə Ərəbistanının haramxanalı, hərəmxanalı Kralının ölümünə mükəmməl demokratiya ayini kimi yanaşa bilər. Onun onlarla arvada sahib olması isə hətta qadın azadlığına özünəməxsus töhfə sayıla bilər. Nəsə, Almaniya Azərbaycanı çox gözəl qarşıladı. Necə deyərlər, laaaap öpüb gözünün üstünə qoydu. Ona görə ki, söz azadlığı filan sadəcə sözdür. Azərbaycan Almaniyanın və Avropanın işinə yarayacaq tərəfdaşdır. Almaniyanın kansleri etiraf etməyə məcburdur ki, Azərbaycan təkcə Almaniya üçün yox elə bütün Avropa üçün mühüm tərəfdaşdır. Burda kiçik bir haşiyə çıxmaq istəyirəm. Xatırlayırsınızsa Prezident Almaniyaya son səfəri zamanı mətbuat konfransında sərt, əksər hallarda isə kinli suallarla qarşılanmışdı. Bu dəfə isə mətbuat konfransı daha sakit və soyuqqanlı keçdi. Suallar Avropanın bir parçası tək qəbul edilən Azərbaycan liderinə idi. Heç kim heç kimi təcrid etməmişdi. Görünürdü ki, Azərbaycan layiqincə qiymətləndirilir. Bu səfərin, səfərətrafı təfərrüatların bir başqa əhəmiyyəti də var idi. Doğrudan da maraqlı mənzərədir: Bir yandan bütün Avropada müsəlmanlara qarşı nəhəng bir hərəkat başlayıb, burdan da Avropanın tən ortasında, müsəlmanlar yaşayan ölkənin liderini ali kateqoriya altında qəbul edirlər. İlham Əliyev özü də hər hərəkəti ilə nümayiş etdirirdi ki, Azərbaycan Avropanın bir hissəsidir. Ona heç kim müsəlmanlar, karikatura kimi mövzularda sual vermədi. Avropa Azərbaycanı özünün bir doğma üzvü kimi qəbul edirdi. Prezident əla formada idi. Özünə inamlı idi. Bu, mətbuat konfransında da çox aydın görünürdü. Amma bu özünə inamın arxasında böyük pullar yox, dövlət başçısının məmnuniyyətlə qeyd etdiyi 90 faiz reytinq dayanırdı. Təbii ki, qıcıqdoğrucu, öcəşən suallarsız da keçmədi. Avropa eynisoyadlı qəbilənin yaşadığı xudmani kənd deyil. Bura polifonik, paradokslarda zəngin bir nəhəng məkandır. Və burada şübhəsiz ki, kimlərəsə sərf edirdi ki, Azərbaycanı lap elə Rusiya ilə qarşı-qarşıya qoysun. Amma Azərbaycan bu suallara da soyuqqanlı şəkildə, bir risk sətrinə belə yol vermədən cavab verirdi. Əsəbi yox, emosianal yox… sakit və soyuqqanlı. Belə suallardan biri də Ukrayna mövzusunda idi. Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsinə necə yanaşır. Cavab Rusiyanı qıcıqlandırmamalı və eyni zamanda həqiqətə, beynəlxalq ədalətə söykənməli idi.

“Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı BMT-nin Baş Məclisində aparılan səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik. Hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər bu, pozulursa əlbəttə ki, bu, bərpa olunmalıdır” – deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.

Bu cavab həm də Azərbaycanı hələ iki həftə əvvəl vektorları dəyişməkdə, guya Rusiyanın orbitinə daxil olmaqda günahlandıranların diqqətinə idi. Prezident bundan artıq daha nə etməli idi, nə deməli idi? Hanı bəs? Azərbaycan Qərbdən küsüb Şimala sığınıb… Heç belə də sığınmaq olar?! Azərbaycan öz çıxışı ilə Rusiyanın siyasətinə qarşı çıxır. Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi, pozulmuş ərazi bütövlüyünün bərpasını tələb bu deyilsə bəs nədir?! İlham Əliyevi bir ifadəsi var: Bizim sözümüz imzamız qədər etibarlıdır. Hə. O, bu sözü bir dəfə deyib və BMT də səs verdi. İndi də öz səsini müdafiə edir. Və bu sözü birlik də öz bəhrəsini verir. Yoxsa xeyir ola Merkel birdən-birə Qarabağ problemi barədə belə açıq və birmövqeli danışdı…

“Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır. Düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Fikirimcə Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər” – deyə Almaniya kansleri Angela Merkel vurğulayıb.

Mənbə
Hesabat: Mir Şahin



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR