Vurğun Əyyub: “Qeyri-legitim şəxsin təyinatlarını legitim hesab edə bilmərəm”

Vurğun Əyyub: “Qeyri-legitim şəxsin təyinatlarını legitim hesab edə bilmərəm”
18:57 26 Dekabr 2014
86 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 18:51 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən nə Müsavat Partiyasının Məclisini legitim sayıram, nə də özümü o Məclisin üzvü... Nə seçki keçirirlər, o da məni maraqlandırmır”.

Bunu APA-ya açıqlamasında sabah Müsavat Partiyasının Məclisinə və Məclis sədrliyinə keçirilən seçkilərə münasibət bildirən partiyanın Məclis üzvü Vurğun Əyyub deyib.

 

Müsavat başqanı Arif Hacılının mavin və müşavirlərlə bağlı təyinatlarına da münasibət bildirən V. Əyyub deyib ki, həmin təyinatlar da qeyri-legitimdir: “Qeyri-legitim şəxsin təyinatlarını legitim hesab edə bilmərəm”. 

 

V. Əyyub Müsavat Partiyasının gələcəyinə də toxunub: “Mən Müsavat Partiyasının gələcəyini yaxşı görmürəm. Hesab edirəm ki, partiyada demokratik idarəetmə pozulub, bu, bərpa olunmayınca partiyanın güclənməsi və hər hansı uğur qazanmasını da mümkün hesab etmirəm”.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR