"Qanlı Yanvar" SHOW TV-də (VİDEO)

"Qanlı Yanvar" SHOW TV-də (VİDEO)
23:26 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin SHOW TV kanalı Azərbaycan tarixinin 20 Yanvar həqiqətlərini açan “Qanli Yanvar” filmi ilə bağlı reportaj hazırlayıb.

ANS PRESS-in məlumatına görə, SHOW TV-də efirə gedən “Bazar sürprizi” verilişinin sonuncu buraxılışında “Qanlı Yanvar”ın təqdimat mərasimindən bəhs edən xüsusi reportaj yayımlanıb.

Reportajda türkiyəli məşhur aktrisa Nebahət Çehrənin "Qanlı Yanvar" filmində rol alması xüsusi ilə vurğulanır.

Rejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmi 20 Yanvar hadisələrini bədii formada əks etdirən yeganə filmdir. “Qanlı Yanvar” Azərbaycan xalqının azadlığa gedən yolunu əks etdirir. Filmin çəkilməsinin əsas mərami 20 Yanvar həqiqətlərini, xalqımızın azadlıq mübarizəsini dünyaya çatdırmaqdır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=321809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR