Balakən sakini həmkəndlisini bıçaqlayıb

Balakən sakini həmkəndlisini bıçaqlayıb
23:27 25 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Balakən rayon sakini həmkəndlisini bıçaqlayıb.

Balakən rayon Polis Şöbəsindən (BŞP) APA-ya verilən məlumata görə, Qazma kəndi ərazisində 1982-ci il təvəllüdlü Vüqar Xəlilovla həmkəndlisi, 1993-cü il təvəllüdlü Samir Bəxtiyar oğlu Muradlı arasında şəxsi münaqişə zəminində mübahisə olub. Mübahisə zamanı Samir Muradlı üzərində gəzdirdiyi bıçaqla Vüqar Xəlilova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Samir Muradlı tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Balakən Rayon Mərkəzi Xəstəxanasından bildirib ki, V. Xəlilov döş qəfəsinin sol nahiyəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. V. Xəlilovun üzərində cərrahiyə əməliyyat aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR