Fransa "Eurovision 2015" təmsilçisini seçib

Fransa "Eurovision 2015" təmsilçisini seçib
23:36 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Fransa “Eurovision-2015” təmsilçisini seçib.

Axşam.az-ın məlumatına görə, AzərTAc müsabiqənin rəsmi saytına istinadla bildirir ki, “France-2” ictimai telekanalı musiqi yarışında ölkəni Liza Anjelin təmsil edəcəyini açıqlayıb. İfaçı müsabiqədə “N’oubliez pas” (“Unutmayın”) mahnısını oxuyacaq.

Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19-da və 21-də, final mərhələsi isə 23-də olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR