6 rayonun su təchizatına 200 milyon dollar ayrılıb

6 rayonun su təchizatına 200 milyon dollar ayrılıb
18:58 26 Dekabr 2014
158 Sosial
Ölkə mətbuatı
A- A+

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti daha bir beynəlxalq maliyyə qurumu ilə su və kanalizasiya layihələrinin icrasına başlayıb.  Azərbaycan Hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, təməlqoyma mərasimində çıxış edən Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyinin bildirib.

 

 “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu işlər rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir.

 

İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev təmsil etdiyi maliyyə qurumunun Gədəbəy, Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına 200 milyon dollar kredit ayırdığını və 2015-ci ildə daha bir neçə şəhərdə işlərə bağlanılacağını diqqətə çatdırıb.
 

Qeyd edək ki, "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Gədəbəy şəhəri ilə yanaşı Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR