Kerri ilə Lavrov Ukrayna məsələsini müzakirə ediblər

Kerri ilə Lavrov Ukrayna məsələsini müzakirə ediblər
00:16 26 Yanvar 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı Ukraynanın cənubundakı Mariupolda baş vermiş hadisələr, sepratçıların hücumu nəticəsində onlarla mülki şəxsin öldürülməsi müzakirə olunub.

Kerri atəşkəs sazişi imzalanmasının, ağır artleriyanın geri çəkilməsinin, sərhədin bağlanmasının vacibliyinə diqqət çəkib.

ABŞ bölgədə gərginliyin artmasından narahatlıq ifadə edib, sülh yaradılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, dünən Ukraynanın Mariupol şəhərinə sepatçıların hücumu zamanı 30 nəfər ölüb, 103 nəfər yaralanıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR