“Google” şirkətinin rəhbəri internetin yox olacağını deyib

01:43 26 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Texnoloji nəhənglərdən sayılan “Google” şirkətinin rəhbəri və dünyanın ən varlı sahibkarlarından biri Erik Şmidt internetin hazırkı formada saylı günlərinin qaldığını deyib.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Google” şirkətinin rəhbəri bunu İsveçrənin Davos şəhərində keçirilən İqtisadi Forum zamanı şəbəkənin gələcəyi barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Erik Şmidt deyib: İnternet ləğv olunacaq. İP-ünvanı, qurğu və müxtəlif qəbuledicilər, üzərinizə taxılmış, təmasda olduğunuz əşyalar o qədər çoxalacaq ki, siz bunu hiss edə bilməyəcəksiniz. O, daim ətrafınızda olacaq.
Həmçinin internetin gələcəyini smartfonlar və onların proqramlarının dəyişdirəcəyini deyən E.Şmidt bu sahədə bazarın tamamilə açıq olduğunu vurğulayıb.
Müsahibəsində başqa mövzulara, əsasən Koreya Xalq Demokratik Respublikasına səfərinə toxunan sahibkar orada internetə çıxışın yetərincə olduğunu, lakin “Rouminq”in işləmədiyini və şəbəkədən istifadənin “sərt nəzarətdə” saxlandığını da bildirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Google_sirketinin_rehberi_internetin_yox_olacagini_deyib-827420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR