Azərbaycan karate yığma komandası Vətənə iki bürünc medalla qayıdır

Azərbaycan karate yığma komandası Vətənə iki bürünc medalla qayıdır
01:58 26 Yanvar 2015
200 İdman
Ölkə mətbuatı
A- A+


Paris, 26 yanvar, AzərTAc
Dünya Karate Federasiyasının Parisdə keçirilən ikigünlük “Open de Paris” Premyer Liqa turniri başa çatıb.
Turnirin ikinci günü Azərbaycan idmançıları üçün bir o qədər də uğurlu olmayıb.
Karate aləmində öz döyüş texnikası ilə azarkeşlərin rəğbətini qazanan Rafayel Ağayev turnirin ikinci mərhələsində rəqibinə məğlub olub. Onun komanda yoldaşı Rafiz Həsənov da meydançanı məğlubiyyətlə tərk edib.
Komandaya ilk bürünc medalı 84 kiloqram çəki dərəcəsində çıxış edən Şahin Atamov qazandırıb. Keçirdiyi altı görüşdə rəqiblərinə böyük üstünlüklə qalib gələn Ş. Atamov misirli idmançı Mansur Ossalaya 1: 2 hesabı ilə uduzsa da, təsəlliverici mərhələdə hollandiyalı rəqibinə 4: 2 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.
Komandamıza ikinci bürünc medalı isə 67 kiloqram çəki dərəcəsində çıxış edən Tural Ağalarzadə qazandırıb.
Ümumilikdə Azərbaycan yığma komandası medalların sayına görə 23 ölkə arasında 17-ci yeri tutub.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_karate_yigma_komandasi_Vetene_iki_burunc_medalla_qayidir-827421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR