Delfini öldürüb bişirmək istədilər (FOTO)

Delfini öldürüb bişirmək istədilər (FOTO)
02:26 26 Yanvar 2015
196 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Muğla vilayətinin Bodrum rayonunda dəniz sahilində harpunla vurulmuş ölü delfin balası tapılıb.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, ölmüş dəniz heyvanını rayon sakini 18 yaşlı İnci Moral aşkarlayıb.

Məşq etmək üçün sahilə gedən Moral delfinin bədənində harpun yarası və yanıq izi aşkarlayıb.

Bu səbəbdən də delfin balasının vurulduqdan sonra ocaqda bişirilmək istəndiyi güman olunur.

İnci Moral hadisə barədə lazımlı yerlərə məlumat verəcəyini və məsələnin araşdırılmasını tələb edəcəyini bildirib.

Yerli jandarm idarəsi isə delfini öldürən şəxs və ya şəxslərin yaxalanbması üçün əməliyyatlara başlayıb.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR