“E-pul” ilə asan, rahat və təhlükəsiz ödəniş

“E-pul” ilə asan, rahat və təhlükəsiz ödəniş
02:38 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
“E-pul” - ödəniş etməyə imkan yaradan elektron ödəniş sistemidir.
“TechoPay” şirkətindən AzərTAc-a bildiriblər ki, bu sistem vasitəsilə müştərilər onlayn ödənişlərini, o cümlədən TV və internet provayderlərin, kommunal, bank, bütün növ TV, eləcə də “Ali&Nino” onlayn kitab mağazasının xidmətlərinin ödənişini həyata keçirə bilərlər.
“E-pul”un bonuslar, borclar, avtomatik ödəniş, kartın qeydiyyatı, ödəmələrin tarixçəsi, tez-tez edilən ödənişlər xidməti fəaliyyət göstərir. Xidmət 24 saat, həftənin 7 günü, fasiləsiz və istirahətsiz aktivdir.
”Android” əməliyyat sistemi ilə çalışan telefonlar üçün “E-pul” mobil tətbiqi mövcuddur. Proqramı bu link vasitəsilə yükləmək olar: play.google.com/store/apps/details…
“E-pul” müştərilərinin pul vəsaitlərini və şəxsi məlumatlarını qorumaq üçün dələduzluq hərəkətlərinin aşkar edilməsi və vaxtında onların qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Məlumatların şifrələnməsinin ən yeni proqram-aparat həlləri, yüksək səviyyəli platformalar və məlumatların ikitərəfli təhlükəsizlik kanalları “E-pul” elektron ödəniş sisteminin və ödəmələrin təhlükəsizliyini təmin edir. Mövcud təhlükələr barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə bölmə hazırlanıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR