İranda zəlzələ olub

İranda zəlzələ olub
03:31 26 Yanvar 2015
187 Dünya
Ölkə mətbuatı
A- A+

İranın cənubundakı Hürmüzgan əyalətinin mərkəzi Bandar Abbas şəhərində zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, Tehran universiteti Seismologiya mərkəzi zəlzələnin 5 bal gücündə olduğunu bildirib.

Zəlzələnin episentrinin şəhərin 31 km cənubu olduğu, 8 km dərinlikdə olduğu qeyd edilib.

İran Qızılaypara cəmiyyətinin əyalət üzrə prezidenti rəsmi “İRNA” agentliyinə verdiyi məlumatda dağıntı və insan tələfatı barədə mərkəzə məlumat daxil olmadığını bildirib.

Bildirilir ki, təxminən 8 saniyə davam edən yeraltı təkanlar sakinlər arasında təşvişə səbəb olub və bir çox insan qorxu ilə küçəyə qaçıb.

Xatırladaq ki, ötən gün İranın Qərbi Azərbaycan əyalətində də 4.4 bl gücündə zəlzələ baş vermişdi.
Mənbə
Anadolu Agentliyi



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR