Yunanıstanda parlament seçkilərinin “exit-poll”arının nəticələri açıqlanıb

Yunanıstanda parlament seçkilərinin “exit-poll”arının nəticələri açıqlanıb
03:43 26 Yanvar 2015
222 Dünya
Ölkə mətbuatı
A- A+


Buxarest, 26 yanvar, AzərTAc
“AFP” xəbər agentliyinin məlumatına əsasən, Yunanıstanda keçirilən parlament seçkiləri bitdikdən sonra aparılan “exit-poll”arın nəticələrinə görə, sol Siriza Partiyası 35,5-39,5, Yeni Demokratiya Partiyası 23-27 faiz, “Xrisi Avqi” (Qızıl Şəfəq) Partiyası 6,4 faiz, Potami Hərəkatı 6,2 faiz, Kommunist Partiyası 5 faiz , PASOK Sosialistlər Partiyası isə 4,5 faiz səs qazanıblar.
Siriza Partiyasının sözçüsü Panos Skourletis bildirib ki, bu tarixi qələbədir və yunan seçiciləri yalnız Yunanıstana deyil, bütün Avropaya təsir edən mesaj göndərdilər.
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Afina

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yunanistanda_parlament_sechkilerinin_exit_pollarinin_neticeleri_achiqlanib-827423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR