Məşhur aparıcını canlı efirdə əsəbləşdirdilər (VİDEO)

Məşhur aparıcını canlı efirdə əsəbləşdirdilər (VİDEO)
04:41 26 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış tarixçisi, “Tarixin arka odası” proqramının aparıcısı professor Murad Bardakçını canlı efirdə əsəbləşdiriblər. ANS PRESS-in məlumatına görə, tamaşaçılardan birinin tarixçiyə ünvanladığı e-mail aparıcını özündən çıxarıb.

Tamaşaçı aparıcıya ünvanladığı e-maildə, “Onu soruşmayın, bunu soruşmayın, açıb oxuyun – deyərək milləti niyə pərt edirsən? Bizim sayəmizdə aparıcılıq edirsən. Biz sual verəcəyik, sən cavab verəcəksən. Sənin işin budur” – yazıb.

Aparıcı isə bu e-mailə qarşı tamaşaçıya od püskürüb:

“Nax sənin sayəndə aparıcıyam! Otur, oxu. Atanın da nökəri yoxdur. Heç də cavab vermək məcburiyyətim yoxdur. Kefimə görə, bu proqramı hazırlayıram, başa düşdün! Sən kimsən ki, sənin sayəndə proqram hazırlayım? Başa düşdün! Mənim işim jurnalistlikdir, bu işi də kefimə görə edirəm. Bir şey öyrəndiyin üçün təşəkkür borcun var mənə”.

Tamaşaçının bu cür e-mail yazması və Murad Bardakçının əsəbi reaksiyası studiyada olan qonaqların da gülüşməsinə səbəb olub.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR