Cari ilin martında xaricdə yaşayan gənc rejissorlarımızın çəkdikləri filmlər nümayiş olunacaq

Cari ilin martında xaricdə yaşayan gənc rejissorlarımızın çəkdikləri filmlər nümayiş olunacaq
05:18 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Ötən il Azərbaycan kinosu üçün çox uğurlu il olub. Azərbaycan filmləri 52 dövlətdə və 52 beynəlxalq film festivalında ölkəmizi layiqincə təmsil edib. Bu, kino tariximizdə olduqca uğurlu hadisədir.
Bu sözləri Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov AzərTAc-a müsahibəsində söyləyib.
Cari ildə yeni layihələr reallaşdıracaqlarını söyləyən kinostudiyanın direktoru deyib: “Artıq bir neçə film tamamlanmaq üzrədir. Onu da deyim ki, mart ayının sonlarında xaricdə yaşayan gənc rejissorlarımızın 5 almanax şəklində çəkdikləri film nümayiş olunacaq. Mayın əvvəlində isə tamaşaçılarımıza Elxan Cəfərovun lentə aldığı “Əsgərin şücaəti” bədii filmini təqdim edəcəyik. İnanıram ki, sözügedən filmlər tamaşaçıların marağına və rəğbətinə səbəb olacaq”.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_ilin_martinda_xaricde_yasayan_genc_rejissorlarimizin_chekdikleri_filmler_numayis_olunacaq-827424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR