Türk İŞİD-çinin acı sonu

Türk İŞİD-çinin acı sonu
05:51 26 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Sakarya vilayətindən Suriyaya gedərək İŞİD sıralarına qoşulan Əbu Talha E. ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinə məxsus qırıcıların həyata keçirdiyi bombardıman zamanı ölüb. ANS PRESS-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 24 yaşlı Əbu Talhanın ölümü ailəsinə Suriyadan vurulan telefonla xəbər verilib.

Ailəsinin tələbi ilə “Karaosman” məscidində Talha E. Üçün qiyabi cənazə namazı da qılınıb. Cənazə namazından əvvəl isə məhəllə sakinlərinin mobil telefonuna, “Əli Ehsan E-nin oğlu Əbu Talha E. ölmüşdür. Cənazəsi olmamasına baxmayaraq bu gün zöhr namaqzından sonra “Karaosman” məscidində cənazə namazı qılınacaqdır” – yazılmış SMS göndərilib.

Əbu Talha E.nin ölüm xəbəri sosial şəbəkə saytı facebookda da paylaşılıb.

Yerli mənbələr bildirir ki, ali məktəb tələbəsi olan Əbu Talha E. 1 il əvvəl İŞİD sıralarına qoşulub. Bu barədə onun ailəsi lazımi dövlət qurumlarına xəbər verib. Son bir neçə ayda isə ondan xəbər alınmayıb.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR