Qarnı ağrıyan rahibə uşaq doğdu

Qarnı ağrıyan rahibə uşaq doğdu
06:51 26 Yanvar 2015
176 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada rahibənin dünyaya uşaq gətirməsi ölkədə böyük təəccüblə qarşılanıb.

ANS PRESS-in məlumatına görə, İtaliyanın Maçerata şəhərində şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən rahibənin uşağı olub.

Şəhər monastrına ötən ilin iyun ayında köçən rahibə hamilə olduğunu bilmədiyini deyib.

İngiltərə nəşri “Daily Mirror” qəzetinin xəbərinə görə, dünyaya gələn oğlan uşağının səhhəti normaldır.

“L`Unione Sarda” qəzeti isə dünyaya gələn körpəyə monastrda olan rahibələrin baxacağını yazıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR