“Alçaldılma və iztirab” dövrü sona çatır

“Alçaldılma və iztirab” dövrü sona çatır
07:51 26 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb. Hələlik rəsmi nəticələr elan olunmasa da, ekzitpolun ilkin hesablamalarına görə, solçu “Siriza” partiyası səsvermədə 36,5 faiz səslə qalib gəlib.

ANS PRESS-in məlumatına görə, “Siriza”nın əsas rəqibi “Yeni Demokratiya” isə, təxminən, 10 faiz az olmaqla 27.7 faiz səs toplaya bilib. “Siriza”nın təkbaşına hökumət qurub-qura bilməyəcəyi isə, hələlik sual altındadır. Yunanıstanda

Solçu yunan lideri Aleksis Tsipras bazar günü elan edib ki, obeş ildir davam edən “alçaldılma və iztirab” sona çatır.

“Yunanıstan fəlakətli qənaətçilik dövrünü, qorxu və avtoritarlıq dövrünü və beş illik narahatlıq və alçaldılma dövrünü arxada qoyur” – deyə Tsipras izdiham qarşısında etdiyi ilk çıxışda bildirib.

Yerli mətbuat yazır ki, Tsipras avrozonada Avropa İttifaqının maliyyə siyasətinə açıq müxalifətdə olan ilk baş nazir olacaq.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR