"Birdman" oskara yaxınlaşdı (VİDEO)

"Birdman" oskara yaxınlaşdı (VİDEO)
08:01 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Los Ancelesdə Amerika Prodüserlər Gildiyasının mükafatının təqdimetmə mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, Aleksandro Qonzalez İnarritunun "Birdman"i "Ən yaxşı film" seçilib.

“Birdmən” filmi qəfildən məşhurlaşan, sonra getdikcə yaddan çıxmağa başlayan Hollivud aktyorunun illər sonra yenidən özünü tapmağa, onu qarabaqara izləyən Bödmən obrazından yaxa qurtarmağa çalışması haqdadır.

Qeyd edək ki, prodüserlər Gildiyasının bir çox üzvləri həm də "Oscar" laureatlarının seçimində iştirak edirlər.Bu mükafatı udanlar bir çox hallarda "Oscar"ı da qazanırlar.

Son 7 ildə Amerika Prodüserlər Gildiyasının seçimi ilə, "Oscar" mükafatının təsisçisi olan Amerika Kino Akademiyasının seçimi üst-üstə düşüb. Son 25 ildə isə analoji təsadüf 17 dəfə baş verib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=321836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR