Balakəndə narkotik "aqronomu" tutuldu

09:12 26 Yanvar 2015
284 Digər
Ölkə mətbuatı
A- A+

Kanal S (Region TV) xəbər verir ki, Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə,  Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti  əməliyyat-axtarış tədbiri keçiriblər. Rayonun Sarıbulaq kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Barxalovun yaşadığı evdə qanunsuz olaraq əkib-becərərək saxladığı narkotik vasitə olan marixuana olması barədə Balakən RPŞ-yə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Zaur Barxalovun yaşadığı evdən  722,46 qram qrudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Balakən RPŞ-də CM-nin 237.1 və 234.1 maddələri ilə cinayət işi başlayıb, Zaur Barxalov barəsində Balakən Rayon Məhkəməsi həbs - qəti imkan qərarı çıxarıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR