NATO-dan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqe

NATO-dan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqe
09:17 26 Yanvar 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır. Bunu Trend-ə NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib: "Düşünmürəm ki, NATO-nun müəyyən rolu prosesi irəli aparmağa kömək edə bilər, lakin alyans münaqişənin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

C. Appaturayın sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinə ən yüksək səviyyədə beynəlxalq diqqət göstərilir: "Xüsusi nəzərə almaq lazımdır ki, bu yaxınlarda Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb".

O qeyd edib ki, 20 il ərzində danışıqlarda ABŞ, Fransa, Rusiyanın həmsədrliyi ilə Minsk qrupu və bu ölkələr daim iştirak ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR