Dünyanın ən gözəl qızı seçildi - FOTO

Dünyanın ən gözəl qızı seçildi - FOTO
09:37 26 Yanvar 2015
1003 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatındakı Mayami şəhərində keçirilən "Miss Kainat" gözəllik müsabiqəsində "Miss Kolumbiya" olan Paulina Veqa qalib gəlib.
 
Milli.Az Associated Press-ə istinadən bildirir ki, kolumbiyalı gözəllə yanaşı, finala ABŞ, Hollandiya, Ukrayna və Yamayka təmsilçiləri də çıxmışdılar.
Müsabiqədə 88 xanım iştirak edirdi.
 
"Vitse-miss Kainat" titullarını amerikalı Nia Sançes və "Miss Ukrayna" Diana Qarkuşa alıblar.
 
22 yaşlı Paulina Veqa məşhur kolumbiyalı tenor Qaston Veqanın nəvəsidir. 3 qardaşı və 4 bacısı olan Paulinanın dediyinə görə, son gözəllik müsabiqəsinə qatılır.
 
"Bundan sonra təhsilimlə məşğul olmaq niyyətim var. Çağdaş qadını təmsil etmək arzumdur. Yalnız gözəl və qlamur görünmək yox, həm də peşəkar, ağıllı, zəhmətkeş insan olmaq istəyirəm", - Paulina qələbədən sonra deyib.
 
1951-ci ildən bəri keçirilən "Miss Kainat" gözəllik müsabiqəsinin təşkilatçısı "Catalina Swimwear" şirkətidir.
 
Milli.Az
 































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR