Bu ilin "Kainat gözəli" bəlli oldu - foto

Bu ilin "Kainat gözəli" bəlli oldu - foto
09:41 26 Yanvar 2015
505 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatında baş tutan “Kainat gözəli -2015” yarışmasının qalibi bəlli olub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, kolumbiyalı iştirakçı Paulina Veqa müsabiqənin birincisi seçilib. Paulina tacı ötən ilin “Kainat gözəli” venesuelalı Qabriel Aylerdən alıb.

Paulina Veqa 1993-cü il, yanvarın 15-də Kolumbiyanın şimalında yerləşən Barrankilya şəhərində anadan olub. Boyu 175 santimetrdir. İspan, ingilis, fransız dillərini bilir. Ailədə dörd bacı, üç qardaşdırlar. Paulina 8 yaşından model kimi işləyir. Hazırda isə Boqota Universitetində menecmentlik ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, “Vitse-Kainat gözəli” titulunu isə ABŞ-ı təmsil edən Nia Sançeslə “Ukrayna gözəli” Diana Qarkuşa alıblar.

Xatırladaq ki, “Kainat gözəli” yarışması NBC korporasiyası və amerikalı iş adamı Donald Tramp tərəfindən təşkil olunur. Müsabiqə ilk dəfə 1952-ci ildə keçirilib.



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR