Gürcüstan parlamentində dava düşüb

Gürcüstan parlamentində dava düşüb
18:58 26 Dekabr 2014
51 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamentində dava düşüb. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, mübahisə müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Akaki Boboxidzenin çıxışından sonra yaranıb.

 

“Gürcü arzusu” fraksiyasının üzvləri A. Boboxidzenin qeyri-etik ifadələr işlətməsinə yumruqları işə salmaqla etiraz ediblər. Soso Caçvliani, David Lortkipanidze və A. Boboxidze arasında baş vermiş əlbəyaxaya parlamentin əksər deputatları qoşulub. Bu üzdən də parlamentin sədri iclası dayandırmaq məcburiyyətində qalıb.

 

Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra iclası davam etdirmək mümkün olub.

 

“Vahid Milli Hərəkat” partiyasının üzvü Serqo Ratiani bildirib ki, A. Boboxidze “Gürcü arzusu” fraksiyasının deputatlarından birinin nalayiq ifadələrinə cavab olaraq qeyri-etik sözlər işlədib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR