Smartfonlar üçün yeni əlavə mümkün aviaqəzaları proqnozlaşdıracaq

Smartfonlar üçün yeni əlavə mümkün aviaqəzaları proqnozlaşdıracaq
09:41 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın “Vanilla Pixel” şirkəti ehtimal edilən aviaqəzaları proqnozlaşdıran əlavə hazırlayıb. Bu barədə “CNN” telekanalı məlumat verib.  
 
“Am I Going Down?” əlavəsi cari uçuşların statistikasını təhlil edir ki, istifadəçinin uçduğu təyyarənin yerə düşmə ehtimalını proqnozlaşdırsın. Marşrutlar haqqında məlumat mənbəyi qismində Cenevrə Aviaqəzaların Uçotu Bürosu, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı çıxış edir.   
 
Əlavə tərtibatçısı Nik Cons deyib ki, “Am I Going Down?” bilavasitə uçuşlardan qorxanlar üçün yaradılıb. “Əlavəni təqdim edərkən mən göstərmək istədim ki, aviaqəzaların baş vermə riski çox azdır”, - o qeyd edib. Onun sözlərinə görə, sərnişin növbəti 11 min il ərzində hər gün uçsa, onun ən az bir dəfə aviaqəzaya uğrama imkanı sıfıra bərabərdir.
 
Hazırda əlavənin köməyi ilə istifadəçilər 10 milyon marşrutun təhlükəsizliyini qiymətləndiriblər, - "Lenta” yazır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR