Ermənilərdə zülmət vahiməsi

Ermənilərdə zülmət vahiməsi
09:46 26 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın elektrik enerjisinə görə olan dövlət borcu 600 milyon dollara ( 15,8 milyard dram) çatıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın energetika və təbii sərvətlər naziri Ervand Zəkaryan deyib.

Bahalaşmanın nə vaxt və nə qədər olacağı bilinməsə də Zəkaryan bunu qaçılmaz adlandırıb.

İqtisadi şərhçilərin hələ keçən ilin payızında apardığı təqribi hesablamalara görə bu 1 kilovott saata 51-52 dram olacaq.

Lakin bu hesablamalarda dramın dollara nisbətdə məzənnəsi nəzərə alınmamışdı. Hesablamaların aparılmasından bu yana dramın nisbəti 1 dollara 415 dramdan- 470 drama kimi dəyişib. Dramın daha 10 faiz artımını nəzərə alaraq bahalaşmanın çox olacağı gözlənilir deməyə əsas var.

Qeyd edək ki, Ermənistanda elektrik enerjisinə tətbiq olunan son bahalaşma keçən il avqustun 1-də olmuşdu.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=321855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR