Mister Bin bəlalı maşınını satır - FOTO

Mister Bin bəlalı maşınını satır - FOTO
09:52 26 Yanvar 2015
429 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur britaniyalı komik, "Mister Bin" kimi tanınan aktyor Rouen Atkinson bahalı avtomobillər kolleksiyasındakı McLaren F1 GTR-i satışa çıxarıb.

Milli.Az The Independent-ə istinadən bildirir ki, avtomobilin ilkin satış qiyməti 10 milyon funt-sterlinqdir.
 
Aktyor 10 il əvvəl aldığı maşınını satmağı ilə bağlı açıqlama verəndə deyib: "İndi bu maşını başqasının idarə edə bilməsi üçün imkan yaratmaq zamanıdır".
 
McLaren F1 GTR modelinin maksimal sürəti 380 km/saatdır.
 
10 illik istismar zamanı avtomobil təqribən 41 min kilometr qət edib.
 
R.Atkinson bu maşından alış-verişə yollanmaq və övladlarını məktəbə aparmaq üçün istifadə edib.
 
Aktyor bu maşının sükanı arxasında 2 dəfə qəzaya düşüb. 1999-cu ildə maşının kapotu qəzada tamamən dağıldığı üçün təmirə 100 min funt xərclənmişdi. 2011-ci ilin avqustunda isə aktyor bu maşında ağır qəzaya düşüb. Avtomobil əvvəlcə ağaca, sonra dirəyə dəyib, axırda alışıb.
Təmirə bir il vaxt və 1 milyon funt-sterlinq xərclənib.
 
Rouen Atkisonun qarajında 13 superkar var.

Milli.Az
 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR