Yenə zəlzələ olacaq

Yenə zəlzələ olacaq
10:01 26 Yanvar 2015
159 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu səhər Quba rayonunda baş verən 5 bal gücündə zəlzələ yerin altında yığılan enerjinin boşaldığını göstərir".

Bunu ANS PRESS-ə açıqlamasında Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, bu yeraltı təkanlar ele də zəif deyil. Qurban Yetirmişli qeyd edir ki, bundan sonra həmin ərazidə afterşoklar gözlənilir:

"Qubanın bir neçə kəndində ola bilsinki afterşoklar baş versin. Ancaq həmin zəlzələlər dağıdıcı və güclü ola bilməz. Avterşokların gücü bu gün baş verən 5 ballıq zəlzələni keçməyəcək".

Qeyd edək ki, bu gün yeraltı təkanlar saat 07.30.03-də Qubadan 27 km cənub-şərqdə qeydə alınıb. Təkanlar episentrdə 5 bala yaxın, yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

Təbii fəlakət yerin 37 km dərinliyində meydana gəlib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yeraltı təkanlar rayon mərkəzi ilə yanaşı dağlıq ərazilərdə və rayonun bir çox kəndlərində hiss olunub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR