Azərbaycanda direktor oğlu bıçaqlandı

Azərbaycanda direktor oğlu bıçaqlandı
10:11 26 Yanvar 2015
186 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məktəb direktoru olan şəxsin oğlu bıçaqlanıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gecə baş verib.

Rayon Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bıçaqlanan 1982-ci il təvəllüdlü Vüqar Xalid oğlu Xəlilov olub. O, döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.

Artıq polis onu bıçaqlayan şəxsi də yaxalaya bilib. Bu onun həmyerlisi 1993-cü il təvəllüdlü Samir Bəxtiyar oğlu Muradlı olub.
Onun özündən 11 yaş böyüyü bıçaqlamasına səbəb isə şəxsi münasibətləri olub.

Xatırladaq ki, bıçaqlanan gəncin atası Xalid Xəlilov əvvəllər rayondakı texnikomun direktoru vəzifəsində çalışıb.
Mənbə
ANS PRESS Xatirə Əkbərova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=321854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR