Timuçin Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib
Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib. Lent.az-ın məlumatına görə, prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, T.Əfəndiyev tanınmış azərbaycanlı yazıçı İlyas Əfəndiyevin oğlu, baş nazirin müavini Elçin Əfəndiyevin isə qardaşıdır. O, daha əvvəl Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub.