Günün 2-ci zəlzələsi

Günün 2-ci zəlzələsi
10:11 26 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bir gün ərzində ikinci zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 09:36-da Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində qeydə alınıb.

Zəlzələ yerin 7 km dərinliyində, 3,5 bal gücündə baş verib.

Qeyd edək ki, bu səhər Quba rayonunda da zəlzələ baş verib.

ANS PRESS-in AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07.30.03-də Qubadan 27 km cənub-şərqdə qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 5 bala yaxın, yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

Təkanlar yerin 37 km dərinliyində meydana gəlib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yeraltı təkanlar rayon mərkəzi ilə yanaşı dağlıq ərazilərdə və rayonun bir çox kəndlərində hiss olunub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR