Samux rayon sakini özünü bıçaqlayıb

10:17 26 Yanvar 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:11 ]


Gəncə. Azər Məmmədli - APA. Samux rayon sakini intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayonunun Karayeri qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ramin Kamil oğlu Qurbanov sirkə turşusundan zəhərlənmə və qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal tibbi yardım göstərilsə də, yaralının vəziyyəti orta-ağır olaraq qalır. Araşdırma zamanı məlum olub ki, 38 yaşlı R. Qurbanov ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünü bıçaqlayıb.

 

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR