Bilik Fondunun "Fikir şənbəsi" (FOTO)

Bilik Fondunun "Fikir şənbəsi" (FOTO)
10:18 26 Yanvar 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Fikir şənbəsi” Klubunun növbəti qonağı bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında premyerası keçirilmiş “Nadir şah” tamaşasının yaradıcı qrupu olub.

Fonddan Trend-ə verilən məlumata görə, görüşdə tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, baş rolun ifaçısı, xalq artisti Ramiz Novruz, teatrın inzibatçısı Elnur Məmmədov, gənc aktyorlar Könül Cəfərzadə və Amid Qasımov, jurnalistlər, Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Fondun icraçı direktoru Oktay Səmədov teatrın insanların mənəvi zəhginləşməsində, gənc nəslin dünyagörüşünün inkişafında danılmaz rolu olduğunu bildirib. O.Səmədovun sözlərinə görə, gənclərin teatra üz tutması onların mədəni səviyyələrinin yüksəlməsinə, sağlam ideya istiqamətində irəliləməsinə təkan verir.

Teatrı yarandığı vaxtdan xalqın ictimai şüurunun inkişafına güclü təsir edən amil kimi dəyərləndirən xalq artisti Ramiz Novruz son dövrlərdə tamaşaçıların teatra yenidən üz tutmasının sevindirici olduğunu vurğulayıb.

“Nadir şah” tamaşasının səhnələşdirilməsində modern üslubdan yararlandığını bildirən quruluşçu rejissor Gümrah Ömər tamaşaya baxan iştirakçıların suallarını cavablandırıb.

Görüş səmimi fikir mübadiləsi ilə davam edib.

Bilik Fondunun kollektivi və könüllülərindən ibarət bir qrup “Fikir şənbəsi” ərəfəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yunus Oğuzun “Nadir şah” pyesi əsasında səhnələşdirilmiş “Nadir şah” tamaşasına baxıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR