Hərbi məktəbə hücumu təşkil edən şəxs öldürüldü

Hərbi məktəbə hücumu təşkil edən şəxs öldürüldü
19:00 26 Dekabr 2014
61 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanda hərbi məktəbə hücumu planlaşdıran terrorçu məhv edilib.

 

APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalının Pakistan hərbçilərinə istinadən yaydığı xəbərdə deyilir.

 

 “Taliban”nın Pakistan qanadının əsas komandirlərindən hesab olunan Səddam adlı terrorçu öldürülüb, daha 6 nəfər isə yaralanıb. Təhlükəsizlik qüvvələri yaralı terroçuları həbs ediblər. Hazırda onların dindirildiyi bildirilir.

 

Xatırladaq ki, dekabrın 16-da “Taliban” qruplaşmasının silahlıları Peşaverdəki hərbi məktəbə hücum edərək 150 şagird və müəllimi qətlə yetiriblər. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR