Naməlum Qarabağ döyüşçülərinin Tərtərdəki qəbirləri bərpa edilir

10:27 26 Yanvar 2015
124 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, indiyədək şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayan və  Tərtər rayonu ərazisindəki qəbristanlıqda uyuyan Azərbaycan hərbçilərinin qəbirləri bərpa edilir.

Qəbristanlıqdakı 40-a yaxın belə şəhid məzarının 25-i üzərində artıq bu iş həyata keçirilib. Yaxın vaxtlarda  digər qəbirlərin bərpası da başa çatdırılacaq.

Bildirildiyinə görə, qəbristanlıqda uyuyan hərbçilərimiz Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olublar.  O zaman onların üzərlərində heç bir sənəd olmadığı üçün burada torpağa tapşırılıblar. Lakin şəhidlər dəfn edilməzdən öncə Əlibəy adlı bir şəxs onların fotosunu çəkib. Həmin fotolor əsasında  onlardan bəziləri yaxınları tərəfindən tanınıb. Həmin şəxslərin məzarları doğulduğu rayonlara köçürülüb.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR