Diqqət! Yeni qazanc yeri

Diqqət! Yeni qazanc yeri
10:31 26 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Rusiyanın ərzaq bazarında payını əhəmiyyətli dərəcədə artırıb. Rusiya Avropa məhsullarına qarşı sanksiyalar tətbiq etdikdən sonra üstünlüyü MDB ölkələrinə, ö cümlədən Azərbaycan istehsdalı olan məhsullara verib. Rusiya tərəfinin rəsmi dairələrinin bununla bağlı bu yaxınlarda açıqladığı statistika bunu deməyə əsas verir.

Belə ki, ötən il meyvə-tərəvəz mövsümünün 5 ayı ərzində Azərbaycandan Rusiyaya 33 min ton alma ixrac olunub. Bu, sırada sonrakı yeri Serbiya və Çin tutur. 2013/2014 mövsümün analoji dövründə Polşa və Moldova alma ixracında lider idi, ancaq ərzaq embarqosu bazarda qüvvələrin yerini tamamilə dəyişdirib.

ANS PRESS-in məlumatına görə, "Rosselxoznadzor" sədrinin köməkçisi Aleksey Alekseyenko mətbuata bildirib ki, qərb məhsullarına qarşı sanksiyaların tətbiqindən sonra Azərbaycan Rusiyanın ərzaq bazarına giriş əldə edib, yarım ildə daimi təchizatçı kimi yerini möhkəmləndirib. İndi onları bazardan sıxışdırılması mümkün deyil.

Onun sözlərinə görə, əvvəl Rusiya bazarı Polşa almaları ilə dolmuşdu. Polşadan alma ixracı o qədər əminliklə qaydaya salınmışdı ki, başqa ixracatçılar üçün bazarda yer qalmırdı. Bizim sanksiyalara iqtisadi cavab tədbirlərimiz ona gətirib çıxardı ki, bazar yeniləndi. Bu, gələcək üçün çox əhəmiyyətlidir, çünki, əgər məhdudiyyətlər ardan qaldırılsa belə, Rusiyaya alma və başqa qida, ərzaq məhsullarının çatdırılmasını qaydaya salmış Azərbaycan şirkətləri bazardan getməyəcəklər. Bu çox əhəmiyyətli şəraitdir.

Azərbaycan ekspertlərinin fikrincə, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının yeni səviyyəsi uzunmüddətli xarakter daşıyır. Belə ticarət razılaşmaları perspektivdə uzun müddətə imzalanır. Güman edirəm, gələcəkdə bu daha da genişləndiriləcək, təkmilləşəcək, Azərbaycandan meyvə-tərəvəz məhsulları üçün yeni loqistik mərkəzlər yaranır. Bu, həm uzunmüddətli olacaq, həm də yalnız alma üzrə olmayacaq. Biz hamımız bilirik ki, Azərbaycan nar və başqa meyvə-tərəvəz məhsulları üzrə böyük təchizatçıdır.

Tanınmış iqtisadçı alim Oqtay Haqverdiyev deyib ki, Azərbaycan Rusiya bazarında əsas yer tutur. Son vaxtlar baş verən proseslər nəticəsində Rusiya bazarına maraq daha da artıb və ərzağın çatdırılmasında artım müşahidə olunur: "Bizdən hər il təqribən 800-900 min ton meyvə məhsulu ixrac olunur, bunun əksəriyyətini alma təşkil edir. Daxili bazar üçün isə 350 min ton lazım gəlir. Bu rəqəmlər göstərir ki, Azərbaycan daxili bazarı qorumaqla Rusiyaya alma və başqa meyvə növləri göndərilməsində çox imkan malikik. İndi biz təchizatçı rolundayıq və bunu bacarırıq. Gələcəkdə bu göstərici daha da yaxşılaşdırılmalıdır.

İqtisadçı vurğulayıb ki, Rusiya Azərbaycandan məhsul ixracını artırmaqda maraqlıdır. Belə olan halda sistemləşdirici işlər görməyə məcburdur. Məsələn, sərhəddə problemlər tez-tez olur, məhsulların partiyaları gah buraxılır, gah da buraxılmır. Bunun nəticəsində sərhəddə kilometrlərlə növbə yaranır. Yəni təşkilati məsələləri nizama salmaq lazımdır ki, Azərbaycan məhsulu maneəsiz Rusiyaya getsdin. Bunun olmaması üçün yeni ixrac sistemi yaradılmalıdır.

O.Haqverdiyev xatırladıb ki, Rusiyanın qərb ərzağına qoyduğu qadağadan sonra Azərbaycan Moskvanın ehtiyacını ödəmək üçün Avropanı əvəz etməyə reaksiya verın ilk ölkədən oldu: "Rusiya Avropa üçün embarqo qoyan kimi, biz dərhal Moskvaya tərəvəz və meyvə məhsullarının çatdırılmasını artırdıq. Biz Rusiya ilə sıx əməkdaşlıq etməyə həmişə hazırıq. Çünki, bu şansı əldən vermək olmaz.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə fərqli düşünür: "Rublun ucuzlaşması, Rusiya bazarlarında kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin ciddi nəzarətdə saxlanması bu ölkəyə Azərbaycandan məhsul ixracını son zamanlar azaldıb, gələcəkdə bizim fermerlər və tədarükçülər Rusiyaya məhsul göndərməkdən ehtiyatlanırlar. Azərbaycanda bəzi məhsulları, xüsusən alma, xurma, nar, xiyar, pomidor, faraş kartof və bəzi sitrus meyvələr istehsal edən sahibkarlar əldə etdikləri məhsulları daxili bazarda reallaşdırmalı olacaqlar. Bu da bazarlarda həmin məhsulların qiymətində nisbətən ucuzlaşmasına səbəb ola bilər. Ancaq, bu, o vaxt baş verə bilər ki, məhsul qıtlığı baş verməsin, yəni təklif azalmasın. Təklif azalarsa qiymətlərin artması labüddür.

Onun sözlərinə görə, qiymətləri sabit vəziyyətdə saxlamaq üçün istehsalı artırmaq lazımdır. İstehsalı artırmaq üçün isə hökumət aqrar siyasəti düzgün müəyyənləşdirməlidir. Elə-belə, cızma qara hazırlayıb onu ciddi sənəd kimi təqdim etmək, onu strategiya, konsepsiya adlandırmaq qeyri-ciddi fəaliyyətdir.

Kənd Təsərrüfatı Nazirliyində isə Azərbaycanın meyvə məhsullarının Rusiya bazarında yerini möhkəmləndirməsini müsbət hal hesab edilir, bunun ölkə daxilində məhsulların qiymətinə o qədər də ciddi təsir göstərmədiyini düşünürlər. Buna səbəb kimi, ölkədə meyvə istehsalının ilbəil artmasını göstərilir.

Statistikaya görə, ötən ildə 134,2 min hektar meyvə, 16,1 min hektar üzüm bağlarının və 904 hektar çay plantasiyalarının aqrotexniki qaydada becərilməsi həyata keçirilib. 2014-cü il dekabrın 1-i vəziyyətinə 76,0 min hektar tərəvəz bitkiləri sahələrindən 1181,6 min ton və ya hər hektardan 155,5 sentner tərəvəz, 28,0 min hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 440,9 min ton və ya hər hektardan 157,3 sentner bostan məhsulu yığılıb. Bundan əlavə, istehsalçılar tərəfindən 844,6 min ton meyvə məhsulları istehsal edilib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=19&nid=319818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR