Layihələrin idarə olunması Mərkəzində beynəlxalq ISO 21500 standarlarının tətbiqi mövzusunda görüş keçirilib

Layihələrin idarə olunması Mərkəzində beynəlxalq ISO 21500 standarlarının tətbiqi mövzusunda görüş keçirilib
10:33 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

23 yanvar tarixində Azərbaycan Texniki Universitetinin nəzdindəki Layihələrin idarə olunması və innovasiyaları Mərkəzində “İnformasiya-kommunikasiya texnologiyaları üzrə layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi” mövzusunda seminar keçirilmişdir. Görüşün moderatoru AzPMA-nın prezidenti, texniki elmlər doktoru, professor İqbal Babayev olmuşdur. Görüşdə İKT üzrə layihələr sahəsində çalışan beynəlxalq ekspertlər, tələbələr, aspirantlar, təcrübə keçən menecerlər iştirak etmişdilər.

Seminar zamanı, layihərin idarə edilməsi üzrə qaydaları əhatə edən məcmular toplusu olan ISO 21500 beynəlxalq standartlarının tətbiqi haqda söhbət aparılmışdır. Bu beynəlxalq standart istənilən dövlət, özəl və ictimai təşkilatlarda mürəkkəbliyindən, ölçüsündən və müddətindən asılı olmayaraq istənilən növlü layihələrin idarə edilməsində istifadə edilə bilər. Bu standart layihələrin idarə edilməsi üzrə ən yaxşı təcrübəni özündə formalaşdıran konsepsiyanın və prosesin izahını yüksək səviyyədə təmin edir.

Seminar zamanı, iştirakçılar beynəlxalq standartlarda proqram və layihə portfellərinin kontekstində layihə aspektlərinin nəzərdən keçirildiyini, lakin burada proqram və layihə portfellərinin idarə edilməsi haqqında detallı təhlillərin aparılmaması haqda müzakirələr aparmışdılar.

Türkiyədən gəlmiş beynəlxalq ekspert qeyd etmişdir ki, ISO 21500 beynəlxalq standart layihələrin məqsədə çatmasında çox mühüm rol oynayır və layihələrin idarə edilməsi prosesləri və konsepti üzrə qaydaları özündə birləşdirir. Onun oyrənilməsi, layihənin baş meneceri və layihə sponsorlarına layihələrin idarə edilməsinin prinsiplərini və bu sahədə praktiki işlərin daha da yaxından öyrənilməsi və işlərində istifadə olunması üçün kömək edəcəkdir. Bu standart layihələrin müqayisə edilməsi üzrə vahid bazanın yaradılmasına imkan yaradacaq, eləcə də, təşkilatın milli standartları və qaydaları ilə işləyən mütəxəssislərə faydalı olacaqdır.

Tədbirin sonunda AzPMA-nın prezidenti İqbal Babayev qeyd etdi: “AzPMA öz missiyasını həyata keçirməkdə davam edərək, gələcəkdə də, Azərbaycan menecerlərini ən yaxşı dünya ekspertləri, praktikləri və layihələrin idarə edilməsi üzrə beynəlxalq standartları ilə tanış edəcəkdir. Biz artıq Azərbaycanda IPMA-nın beynəlxalq standartları üzrə 208 nəfəri sertifikatlaşdırmışıq, 2014-cü ildə bizim məzunların sayı daha da artmışdır. Ümid edirəm ki, bizim göstərdiyimiz fəaliyyət Azərbaycanda innovativ layihələrin tətbiqi sahəsində və ölkəmizin inkişafı üçün marağı olan investorların axtarılmasında insan kapitalının artırılmasına kömək edəcəkdir.”

Bizə qoşulun:
www.ipma.az
www.facebook.com/ipma.az
linkedin.com

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR