"Birdman" "Oskar"a yaxınlaşdı - VİDEO

"Birdman" "Oskar"a yaxınlaşdı - VİDEO
10:37 26 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

Aleksandro Qonzalez İnarritunun "Birdman"i "Ən yaxşı film" seçilib
Los-Ancelesdə Amerika Prodüserlər Gildiyasının mükafatının təqdimetmə mərasimi keçirilib.

Anspress-in məlumatına görə, Aleksandro Qonzalez İnarritunun "Birdman"i "Ən yaxşı film" seçilib.

“Birdman” filmi qəfildən məşhurlaşan, sonra getdikcə yaddan çıxmağa başlayan Hollivud aktyorunun illər sonra yenidən özünü tapmağa, onu qarabaqara izləyən Bödmən obrazından yaxa qurtarmağa çalışması haqdadır.

Qeyd edək ki, prodüserlər Gildiyasının bir çox üzvləri həm də "Oskar" laureatlarının seçimində iştirak edirlər. Bu mükafatı udanlar bir çox hallarda "Oskar"ı da qazanırlar.

Son 7 ildə Amerika Prodüserlər Gildiyasının seçimi ilə "Oskar" mükafatının təsisçisi olan Amerika Kino Akademiyasının seçimi üst-üstə düşüb. Son 25 ildə isə analoji təsadüf 17 dəfə baş verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR