Azərbaycan Norveçin "Stad" komandasının cəzalandırılmasını istəyir

10:38 26 Yanvar 2015
125 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

İlk dəfə Avrokubok turnirində istirak edən Norveçin qadınlardan ibarət “Stad” voleybol komandasının rəsmi nümayəndələrinin Azərbaycan Voleybol Federasiyasının (AVF) ünvanına əsassız itihamları, o cümlədən “Anatoliya” hotelinin veb səhfəsində nalayiq, etikadan kənar yazılmış qərəzli yazıları ilə əlaqədar AVF tərəfindən Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyerə muvafiq qaydada muraciət olunacaq.

Müraciətdə “Stad” komandasının AVF-dən rəsmi sürətdə üzr istəməsi və cəzalandırılması tələb ediləcək. Bu barədə Trend-ə AVF-nin mətbuat xidmətindən Norveç mətbuatının "Azadlıq Radiosu"nda yayımladığı və onlara istinadən bəzi Azərbaycan veb-saytlarında "Stad” komandasının Azərbaycanda qalmaqalla qarşılaşması haqqında yer alan və ittihamlarla dolu məlumatlara münasibətində belə deyilib:

"Əvvəla, AVF bəyan edir ki, bu məlumatlar tam əsassızdır. AVF bildirir ki, Azərbaycan Voleybol Federasiyaının, onun qurumlarının və federasiyanın prezidenti Ziya Məmmədovun “Anatoliya” hotelinə heç bir aidiyyəti yoxdur.

İkincisi, Avropa Voleybol Konfederasiyasının (AVK) Avrokubok yarışlarının keçirilməsinə dair təlimatına uyğun yarışlarda iştirak edən hər bir komanda səfər oyunu zamanı hotel seçimi, ödənişi və ölkəyə giriş vizasının alınması həmin komandanın öz öhdəliyindədir: “Norveç komandasının seçimi Norvec turist agentliyi, o cümlədən “Stad” klubu tərəfindən “Anatoliya” hoteli ilə birbaşa danışıqlar əsasında həyata keçirilib. Onu da qeyd etmək lazımdır ki, komanda həm turist agentliyi vasitəsilə, həm də birbaşa özləri komanda ücün “Anatoliya” hotelində yerlər ayrılması məqsədilə fərqli sifarişlər veriblər. Bununla bağlı, “Anatoliya” hoteli tərəfindən ayrı-ayrılıqda ikitərəfli fərqli sifariş qeydiyyata alınıb və ikinci dəfə yenidən otaqlar ayrılıb və bu da öz növbəsində əlavə xərcə gətirib çıxarıb. Norveçin “Stad” komandası hotel xidmətinin müvafiq xərclərinin ödənilməsindən imtina edikdə bu problemlər aşkara çıxıb. Yuxarıda qeyd olunan anlaşılmazlıq nəticəsində Norveçin “Stad” komandası ilə “Anatoliya” hoteli arasında maliyyə problemi yaranıb. AVF-nin, onun qurumlarının və prezidenti Z.Məmmədovun bu insidentə hec bir aidiyyəti yoxdur və heç bir məsuliyyət daşımırlar”.

Digər tərəfdən, “Stad” komandasının Azərbaycana girişi ücün dəvətnamənin vaxtında göndərilməsinə baxmayaraq, onlar Azərbaycanın İsveçdəki səfirliyinə sənədləri vaxtında təqdim etməyiblər: “Azərbaycan tərəfi istisna hal olaraq, müvafiq qurumlar vasitəsilə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında Norveçin “Stad” komandasına viza verilməsini təmin edib. “Azerreyl” klubu “Stad” komandasını yalnız nəqliyyat vasitəsilə və məşq zalı ilə təmin edilməsi öhdəliyini daşıyır. Bunlardan əlavə, milli qonaqpərvərlik zəminində oyundan sonra, səhərisi gün “Stad” komandasının xahişlərini nəzərə alaraq, voleybolçuların Bakıda gəzintisi və şəhərlə tanış olmaq məqsədilə onlara nəqliyyat vasitəsi ayrılıb və təmənnasız gəzinti təmin edilib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycanın qonaqpərvər olduğu açıq-aydın bildirilib.

AVF-nin vitse-prezidenti Faiq Qarayevlə oyun oncəsi görüş zamanı Norveçin “Stad” komandası tərəfi Azərbaycana gəlişindən çox məmnun olduqlarını və heç bir problemlərinin olmadığını qeyd edib. Oyun maraqlı və dostluq zəminində keçib, oyun zamanı fəxri qonaq simasında Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu və onun xanımı, eləcə də digər fəxri qonaqlar istirak ediblər. Onu da nəzərə catdıraq ki, AVF öz fəaliyyəti dövründə milli yığma komandalar və klublar səviyyəsində mötəbər dünya və qitə turnirlərində iştirak edib, eləcə də onlara ev sahibliyi edib. Azərbaycanda keçirilmiş oyunların nəticəsindən asılı olmayaraq, daima digər komandalar AVF-nin təşkilatcılığından razı qalıb və dönə-dönə təşəkkürlərini bildiriblər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2356991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR