Bu gecə Fövqəladə Hallar Nazirliyinin (FHN)“112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 04:12-də başa çatıb.