Bakıda yük maşını ilə mikroavtobus toqquşub, altı nəfər xəsarət alıb

10:42 26 Yanvar 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:36 ]

Bakı. Fuad Cəfərov - APA. Bakıda ağır yol qəzası baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Salyan şossesi 32 ünvanında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Kəmaləddin Valeh oğlu Kərimovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla 1965-ci il təvəllüdlü, Məmmədov Eldar Natiq oğlunun idarə etdiyi 99 HL 831 dövlət nömrə nişanlı, «Shacman» markalı yük avtomobili toqquşub.

 

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - 1992-ci il təvəllüdlü Aydın Rəhim oğlu Hacıyev, 1956-cı il təvəllüdlü Tofiq Məhərrəm oğlu Hacıyev, 1988-ci il təvəllüdlü Sənan Rafiq oğlu Əliyev, 1984-cü il təvəllüdlü Qəhrəman Əsgərov, 1952-ci il təvəllüdlü Fərman Mehdi oğlu Kərimov və Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Oyanuş Hayv Mahmud oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR