Nyu-Yorka tarixin ən güclü qar burulğanı yaxınlaşır

10:42 26 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:35 ]

Bakı - APA. Atlantikadan Nyu-Yorka doğru meteomüşahidələr tarixinin ən güclü qar burulğanı yaxınlaşır.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə şəhərin meri Bill de Blazio bildirib.

 

O, müraciətində Nyu-York sakinlərini zərurət olmadan evdən çıxmamağa və avtomobil nəqliyyatından istifadə etməməyə çağırıb.

 

“Nyu-York ən pis varianta hazır olmalıdır. Bu burulğanı ciddiyə almamaq doğru olmazdı” - deyə de Blazio qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR