Azərbaycanda şagirdlər üçün ilk dəfə keçirilmiş imtahanının nəticələri gələn ay açıqlanacaq

Azərbaycanda şagirdlər üçün ilk dəfə keçirilmiş imtahanının nəticələri gələn ay açıqlanacaq
10:43 26 Yanvar 2015
169 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yanvarın 24-də ilk dəfə olaraq keçirdiyi beynəlxalq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanının nəticələrinin yaxın 3 həftədən sonra elan olunması nəzərdə tutulur.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan prosesi saat 8:36-da başlayıb və 12:57-də başa çatıb. Nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş namizədlər öz səhifələrinə daxil olaraq imtahan nəticələri ilə tanış ola biləcəklər.

TQDK tərəfindən növbəti SAT imtahanının 2015-ci il mayın 2-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı (Qeydiyyatdan keçmək üçün link: http://sat.collegeboard.org/register/sat-international-dates) artıq başlayıb və aprel ayının 7-si saat 09:00-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR