XİN başçısı Slovakiyada

XİN başçısı Slovakiyada
10:46 26 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Slovakiyaya rəsmi səfərə yola düşüb.

XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Slovakiyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Ümumiyyətlə, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb. 1993-cü il noyabrın 23-də Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər qurulub. Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov eyni zamanda ölkənin Slovakiyada səfiridir. Slovakiyanın Rusiyada və eyni zamanda Azərbaycandakı səfiri Yozef Miqaşdır.

İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərə gəlincə, Prezident İlham Əliyev 2004-cü il martın 18-19-da bu ölkədə işçi səfərdə olub. Həmin il avqustun 28-29-da isə xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyada işçi səfərdə olub.

Azərbaycan ilə Slovakiya arasında indiyədək 7 sənəd imzalanıb və onlardan biri hazırda qüvvəsini itirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR