Azərbaycanda keçirilən beynəlxalq imtahanın nəticələri yaxın 3 həftədən sonra elan olunacaq

10:52 26 Yanvar 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:46 ]


Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq beynəlxalq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanını keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan prosesi saat 8:36-da başlayıb və 12:57-də başa çatıb. İmtahan təlimatlara uyğun olaraq keçirilib, iştirakçıların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 


Qeyd olunub ki, nəticələrin yaxın 3 həftədən sonra elan olunması nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş namizədlər öz səhifələrinə daxil olaraq imtahan nəticələri ilə tanış ola biləcəklər. 

Qeyd edək ki, TQDK tərəfindən növbəti SAT imtahanının 2015-ci il mayın 2-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və aprel ayının 7-si saat 09:00-dək davam edəcək. Qeydiyyatdan keçmək üçün link: http://sat.collegeboard.org/register/sat-international-dates


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR