Bakıda həbsxanada dəhşətli olay: özünü öldürdü

Bakıda həbsxanada dəhşətli olay: özünü öldürdü
10:59 26 Yanvar 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən İsrayıl İsmayıl oğlu Ağayev özünü asıb. Məhkumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Xəzər Rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR