Qurban Yetirmişli: "Zəlzələ baş verən Quba zonasında əvvəldən gərginlik var idi"

11:02 26 Yanvar 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:58 ]

"Həmin ərazidə xırda təkanların-after şokların olması gözlənilir"

Bakı. Könül Kamilqızı – APA. "Bu gün səhər maqnitudası 5 bal gücündə olan zəlzələnin baş verdiyi Quba zonasında əvvəldən gərginlik var idi".

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, dünən axşamdan başlayaraq həmin zonada maqnitudası hiss olunmayacaq balda zəif təkanlar baş verib. Onun sözlərinə görə, dünən axşam saat 19:00-dan başlayaraq bir neçə zəif təkanlar olub: “Bunlar güclü zəlzələdən öncə olan “for şok”lardır. Bu gün səhər 07.30-da onların arasında ən güclüsü, maqnitudasi 5 bal gücündə olan zəlzələ baş verib. Bu da əsas Şabran-Dəvəçi-Quba sərhəddinə düşüb”.

 

Q.Yetirmişli əlavə edib ki, həmin ərazidə dağıntılar olmayıb. Episentrdə-güclü zəlzələnin baş verdiyi həmin ərazidə çox yaşayış məntəqələrinin olmadığını deyən baş direktorun sözlərinə görə, yalnız bəzi köhnə binalarda çatlar əmələ gələ bilər: “Bu gün səhər ikinci təkan 09:30-da Şabranda qeydə alınıb. Bundan sonra da xırda təkanların-after şokların olacağı gözlənilir. Güclü zəlzələdən sonra zəif təkanlar-after şoklar baş verməlidir. Hazırda da həmin  ərazidə belə xırda təkanlar olur”. 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR