Rusiyada sahiblərinin borcuna görə heyvanların həbs edilməsi qadağan oluna bilər

Rusiyada sahiblərinin borcuna görə heyvanların həbs edilməsi qadağan oluna bilər
11:03 26 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Rusiya Dövlət Dumasında məhkəmə pristavlarına borca görə vətəndaşlardan ev heyvanlarını müsadirə etməyin qadağan olunması təklif edilib. Müvafiq qanun layihəsi Rusiya parlamentinin aşağı palatasına təqdim olunub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Təkcə ötən ilin sonunda Krasnoyarskda borclar səbəbindən məhkəmə pristavları vətəndaşdan cins pişik və dovşanı alıblar, Novosibirskdə dörd pişik balası həbs təhdidi altında qalıb, Həştərxanda iki tutuquşu müsadirə edilib.

Qanun layihəsinin müəllifi, Ədalətli Rusiya Partiyasından olan deputat Oleq Mixeyevin fikrincə, Rusiyada geniş tətbiq olunan məhkəmə pristavlarının ev heyvanlarını götürməsi metodu psixoloji təzyiq formasıdır.

Deputat izah edib ki, belə müsadirələrin səbəbi - 2014-cü ilin sonunda əhəmiyyətli həcmə çatan əhalinin borc götürməsinin yüksək səviyyəsi ilə əlaqədardır.

Parlamentin üzvü əlavə edib: "Bu tədbir iqtisadi təsirə malik olmaqdan çox girov götürməyə daha yaxındır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR