Putin erməniləri qovur

Putin erməniləri qovur
11:11 26 Yanvar 2015
254 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilə Ermənistan arasında münasibətlər ən pis həddə çatıb.

ANS PRESS-in məlumatına görə, Minvodda ermənilərlə ruslar arasında qarşıdurmadan sonra öldürülən rus xüsusi təyinatlısı bağlı hadisədən sonra şəhərdə rusların böyük aksiyası baş tutub. Mitinqdə ruslar "Ermənistan öz oğlunu, xüsusilə qatil cinayətkar oğlunu götür, çıx get", "Ermənistan neokoloniyasına yox" şüarları səsləndirərək Minvodda yaşayan yerli ermənilərə etiraz ediblər. Onlar ermənilərin Minvoddan çıxarılmasını tələb ediblər. Ermənistan mətbuatı isə Minvodun Çərkəz torpaqları olduğunu və ermənilərin burada yaşamağa ruslardan daha çox haqqlarınının olduğunu yazır.

Ermənistanın Lragir saytı ermənilərin Çerkəz respublikasına 1864-cü ildə gəldiklərini xüsusi qeyd edir. Bundan sonrakı cümlə isə daha diqqətçəkəndir. Sayt ermənilərin Rusiyanın çərkəz xalqına qarşı soyqırımından sonra gəldiyini vurğulayır. Sayt Minvodun 1 milyona yaxın ermənilərin yaşadığı Stavropol və Krasnadar diyarlarının yaxınlığında yerləşdiyini və ermənilərin burda yaşamağa daha çox haqqlarının olduğunu qeyd edir.

Qeyd edək ki, yanvarın 22-də Rusiyanı Mineralnıye Vodı şəhərində kafelərin birində ermənilər Rusiya xüsusi təyinatlısını qətlə yetiriblər.

ANS PRESS-in məlumatına görə, hadisə barədə polisə gecə saat 1 radələrində məlumat daxil olub. Minvod kafelərindən birində hərbçilərlə yerli sakinlər arasında dava düşüb. Hərbçilərdən biri sinəsində aldığı yaradan elə hadisə yerində dünyasını dəyişib. Onun 1991-ci il təvəllüdlü Qriqoryan adlı erməni tərəfindən öldürüldüyü bildirilir.

İki millət arasında münasibət rus əsgər Valeri Permyakovun yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməsi xəbərindən sonra kəskin pisləşib. Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirdilər. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Amma Rusiya tərəfi ermənilərin istəyini rədd edib.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR