Qahirədə qanlı "ad günü": 17 ölü, 43 yaralı - FOTO

Qahirədə qanlı "ad günü": 17 ölü, 43 yaralı - FOTO
11:12 26 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin paytaxtı Qahirədəki etiraz aksiyalarında nümayişçilərin polislər və hərbçilərlə toqquşmalarında 17 nəfər həlak olub, 43 nəfər yaralanıb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Qahirənin cənub həndəvəri olan Matariyada həlak olanların sayı 9 nəfərə çatıb.
Toqquşmalarda ölənlər arasında əsgər və xristian ailəsindən olan uşaq var.
 
Misir prezidenti Əbdel Fəttah əs Sisinin tərəfdarları və əleyhdarları arasındakı toqquşmalar Qahirənin mərkəzində, Jurnalistlər Sindikatının binasının qarşısında da baş verib.
 
Orada srağagün toqquşmalarda həlak olmuş 32 yaşlı Şəyma əs-Səbbaqın yaxınları və müxalifətçilər polislə toqquşublar.
Şayma əs-Səbbaq mitinq zamanı başından güllə yarası alaraq həlak olub.
 
Müxalifətçilər Səbbaqın polisin açdığı atəş nəticəsində həlak olduğunu deyirlər. Misirin DİN-i etiraz aksiyalarının iştirakçılarına qarşı silah tətbiq olunmadığını bəyan edib.
 
Eyni zamanda, Şəyma əs-Səbbaqa arxadan atəş açıldığı da vurğulanır.
 
Misir DİN-nin yaydığı yeni açıqlamada bildirilir ki, paytaxtda artıq 10 partladıcı qurğu zərərsizləşdirilib.
Hazırda nümayişlər və etiraz aksiyalarının iştirakçılarından 132 nəfər tutulub. Qahirənin mərkəzindəki Təhrir meydanında yeni piketlər təşkil etməyə çalışan "Müsəlman qardaşlar" hərəkatının 12 üzvü də həbs olunub.
 
Dünən Misirdə "25 yanvar inqilabı"nın 4-cü ildönümü qeyd olunub.
4 il əvvəl yanvarın 25-də Misir prezidenti Hüsnü Mübarək istefa vermişdi. O, ölkəni 30 il idarə etmişdi.
 
Milli.Az
 






































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR